İşğaldan azad edilmiş ərazilərin simvolikası: “Dönüş” və “Qayıdış” ideyalarının Naxçıvan ədəbi mühitində poetik təcəssümü
Azadə ƏliyevaDOI: https://doi.org/10.48445/s0099-1384-5582-f
ORCID ID: https://orcid.org/0009-0001-1689-4307
Tarix: 21 İyul 2026
XÜLASƏ
Bu
tədqiqat işğaldan azad edilmiş ərazilərə “Dönüş” və “Qayıdış” ideyalarının
Naxçıvan ədəbi mühiti kontekstində bədii dil və poetik strukturlar vasitəsilə təcəssümünü
araşdırır. Tədqiqatın əsas məqsədi Naxçıvan ədəbi mühitində Vətən
müharibəsindən sonrakı dövrdə formalaşan simvolik dili, poetik üslub
xüsusiyyətlərini və qayıdış motivinin bədii-fəlsəfi dərinliyini üzə
çıxarmaqdır. Məqalədə fenomenoloji və hermenevtik metodlardan istifadə
edilməklə, Naxçıvanın şair və yazıçılarının əsərlərində “torpaq”, “sərhəd”,
“Vətən”, “yurd həsrəti” kimi açar simvolların transformasiyası təhlil
edilmişdir. Əldə olunan nəticələr göstərir ki, Naxçıvan ədəbi mühitində “Dönüş”
ideyası yalnız fiziki bir hərəkət kimi deyil, eyni zamanda milli ruhun bərpası,
tarixi ədalətin təntənəsi və Zəfər poetikasının mühüm tərkib hissəsi kimi
təqdim olunur. Bu ədəbi irs beynəlxalq elmi ictimaiyyət üçün münaqişədən
sonrakı dövrdə milli yaddaşın bərpası və sülh quruculuğu proseslərinin bədii
inikası baxımından aktuallıq kəsb edir. Tədqiqat Naxçıvan ədəbiyyatşünaslığında
simvolik düşüncənin yeni qatlarının təhlilinə yönəlməklə nəzəri baxımdan mühüm
töhfə verir.
AÇAR SÖZLƏR
“Dönüş”, “Qayıdış”,
Naxçıvan ədəbi mühiti, Zəfər poetkası, simvolika










































