TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələrinin tədqiqi məsələləri

Səbinə Dünyamalıyeva
DOI: https://doi.org/10.48445/y0096-7025-3740-a
ORCID ID: https://orcid.org/0009-0006-0776-3811
Tarix: 21 İyul 2026

XÜLASƏ

Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələrinin tədqiqi məsələləri çoxşaxəli və geniş bir mövzudur. Bu məsələ həm ədəbiyyatşünaslıq, həm tarix, həm də dilçilik elminin kəsişməsində araşdırılır. Ədəbiyyatşünaslıq aspektindən ilk yazılı nümunələrin öyrənilməsi müxtəlif dövrlərdə fərqli mənbələr üzərində aparılmışdır. Bir sıra tədqiqatçılar Azərbaycan ədəbiyyatında ilk yazılı nümunələrin “Kitabi-Dədə Qorqud” dastanı ilə başladığını, digərləri isə IX‒X əsrlərdə ərəb və fars dillərində yazılmış bədii mətnlərə əsaslandığını iddia edirlər. Bu yanaşma fərqləri onunla izah olunur ki, Azərbaycan ədəbiyyatı müxtəlif tarixi dövrlərdə fərqli meyarlarla sistemləşdirilmişdir. Ənənəvi dövrləşmə meyarları siyasi hadisələrə və ictimai dəyişikliklərə söykənsə də, müasir ədəbiyyatşünaslıq ədəbi prosesin daxili inkişaf qanunauyğunluqlarını nəzərə almağa çalışır. Bu baxımdan son tədqiqatlardan biri akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı kitabı xüsusi əhəmiyyət kəsb edir. Kitabda Azərbaycan ədəbiyyatı ümümtürk ədəbiyyatın tərkib hissəsi kimi tədqiq edildiyi üçün yazılı ədəbiyyatın başlanğıcı “Orxan-Yenisey” daş kitabələrindən götürülmüşdür. Türkoloji araşdırmaların əsas mənbələrindən sayılan bu abidələr ümümtürk ədəbi irsinin mühüm incilərindən biridir. Göytürk əlifbası ilə yazılmış bu abidələr qədim türklər haqqında məlumat verən ilk yazılı nümunələrdir. Abidə həm türklərin dili, həm də onların qədim dövrdə yerləşdikləri ərazilərin müəyyənləşdirilməsi cəhətdən vacib artefaktdır. Bu mətnlərdə türklərin inanclarından, dövlətçilik ənənələrindən, hökmdar‒xalq münasibətlərindən bəhs edilir.

 

AÇAR SÖZLƏR

ədəbiyyatın dövrləşdirilməsi, “Orxon-Yenisey” abidələri, türklər, dövlətçilik ənənələri,

Bilgə xaqan


Məqaləni yüklə

İNDEKSLƏMƏ