TƏRƏFDAŞLAR


Məqalələr

Mikayıl Müşfiqin lirikası

Pərixanım Soltanqızı (Hüseynova)
DOI: https://doi.org/10.48445/m8454-7033-1492-s
ORCID ID: https://orcid.org/0000-0001-9391-6162
Tarix: 21 İyul 2026

XÜLASƏ

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin yaradıcılığı tədqiq edilir və onun ədəbiyyatın inkişafındakı rolu ön plana çəkilir. Şairin ədəbi fəaliyyətə başladığı dövrdə (1930–1935) nəşr olunan şeirlərində insan obrazı, onun yaradıcı təbiəti və mübarizə ruhu tərənnüm olunur. Bu nümunələrdə şairin yeni poetik forma və ifadə vasitələrindən istifadə etdiyi, eyni zamanda ədəbi ənənələrdən bəhrələndiyi vurğulanır. “Rənanın ölümü” və “Əfşan” şeirlərində köhnə ilə yeniliyin mübarizəsi, Rənanın və Əfşanın simasında yeni ideya tərəfdarlarının qolçomaq qalıqlarına qarşı mətanətlə mübarizə aparması və nəticədə qalib gəlməsi əks etdirilir. Məqalədə dövrün əsas ideyalarından biri olan xalqlar dostluğu mövzusunun Mikayıl Müşfiq yaradıcılığında tutduğu yer elmi təhlilə cəlb edilir. Tədqiqatda şairin “Ana” şeiri, lirik peyzaj yaratdığı bir sıra poetik nümunələr, eləcə də sevgi mövzusunda qələmə aldığı şeirlər araşdırılaraq şərh olunur. Məqalədə elmi polemika aparılır, təhlillər isə şairin şeirlərindən seçilmiş nümunələr əsasında sistemli şəkildə təqdim olunur.

 

 

AÇAR SÖZLƏR

ədəbiyyat, poeziya, məhəbbət, insan obrazı


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ