TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan klassik ədəbiyyatında dini məsələlərin tədrisinə dair

Ramiz Qasımov
DOI: https://doi.org/10.48445/m1518-6246-9113-g
ORCID ID: https://orcid.org/00000001-9905-4348
Tarix: 21 İyul 2026

XÜLASƏ

Məqalədə Azərbaycan klassik ədəbiyyatı nümunələrində yer alan dini ifadələrə istinadən yazılmış beytlərin orijinal üslubda öyrənilməsi və tədrisi problemləri təhlil edilmişdir. Azərbaycanın müstəqillik dövründə dini dəyərlərlə milli ədəbiyyatın bir arada öyrənilməsi və tədrisi zərurəti tədqiqat işinin aktuallığını müəyyənləşdirir. Məqalə, həm də islam sivilizasiyasına mənsub olan bir xalqın və onun ədəbiyyatının milli, bəşəri dəyərlər üzərində təhlili ehtiyacından yazılmışdır. Tədqiqat zamanı induktiv, deduktiv, təsviri, statistik, analiz, sintez kimi metod və üsullarından istifadə edilmişdir. Məqalədə klassik ədəbiyyatda, habelə X.Şirvani, N. Gəncəvi, İ. Nəsimi, M. Füzuli kimi böyük sənətkarların yaradıcılığında rast gəlinən dini motivli ifadələr, Quran ayələrinə istinadən yazılmış beyt və misralar müstəqillik dövrünün tələblərinə uyğun olaraq yenidən təhlil edilmişdir. Tədqiqat işində Xaqaninin “Qəsideyi şiniyyə” əsərinin Quranın “Nun vəl qələm” surəsinə, N. Gəncəvinin minacatlarından biri sırf Quranın “İxlas” surəsinə tam uyğun şəkildə yazıldığı qeyd olunmuşdur. Nəsiminin əsərlərindəki “mazağəl bəsər” və bu kimi konkret örnəklər Qurandan gətirilən istinadlar olaraq özünəməxsus mahiyyət və məzmun kəsb edir.

 

 

AÇAR SÖZLƏR

klassik ədəbiyyat, dini ifadələr, Quran


Məqaləni yüklə

İNDEKSLƏMƏ