TƏRƏFDAŞLAR


Məqalələr

Mənəviyyat xəzinəsi – klassik poeziya

Mətanət Abdullayeva
DOI: https://doi.org/10.48445/s8825-2895-4233-h
ORCID ID: https://orcid.org/0009-0004-0754-0736
Tarix: 21 İyul 2026

XÜLASƏ

Məqalə klassik poeziyada konseptual metafora və onun anlaşılması probleminə həsr olunmuşdur. Müdrik və dərin təfəkkürlü insanlar dünyanın, varoluşun sirlərinə yiyələnmək üçün öncə özlərini dərk etməyin vacibliyini bilirdilər və bildiklərini də poetik söz sənəti vasitəsilə ifadə edirdilər. Məqalədə türk dünyasının ustad sənətkarlarının insanın özünü dərk etməsi ilə bağlı dəyərli və əbədiyaşar fikirləri təhlil edilmiş və onların həqiqi dəyərini dərindən anlamaq üçün rəmz və metaforaları bütün səviyyələrdə tədqiq etməyin vacibliyi öz əksini tapmışdır. Fəlsəfi poeziyada “gizli səviyyələrin” üzə çıxarılması, onların funksional dinamikasının müəyyənləşdirilməsi, rəmzi-metaforik dilin deşifrə olunması və fəlsəfi şərhi vacib məsələ hesab olunur. Qeyd olunur ki, ustad sənətkarların yaradıcılığının “mənəvi xəzinə” kimi dəyərləndirilməsinin fəlsəfi, tarixi-elmi və tərbiyəvi əhəmiyyəti göstərilir. Məqalədə söz ustadlarının açıq şəkildə deyil, metaforik formada təqdim etdikləri poetik sənət nümunələrinin, əslində kainatın və insanın sirlərini açıqlayan dərin elmi biliklərə – irrasional biliklərə əsaslandıqları dəqiq nümunələr, faktlar əsasında izahı verilir. Araşdırma poetik söz sənəti üzrə aparıldığı üçün təqdim olunan bədii nümunələr tam formatda deyil, fraqmentar şəkildə verilir. Konseptual metaforaların alt mənaları qeyd olunur ki, misra və daha sonra beyt daxilindəki mənaları şərh edilir. Məqalədə göstərilir ki, dilin metaforikliyi anlaşılması çətin olan konseptlərin gizli saxlanması, onları anlamağa hazır olmayanlardan gizlətmək üçündür: problemə geniş, dərin, hərtərəfli və sistemli baxmaq vacib məsələ hesab olunur. Məqalədə vurğulanan cəhətlərdən biri odur ki, problemə, yəni təsəvvüf poeziyasının dərki məsələsinə  müxtəlif aspektlərdən və eyni zamanda bütöv sistem olaraq yanaşmaq effekli nəticə verə bilər. Bu rasionalla irrasional idrakın vəhdəti şəraitində mümkündür, çünki mühakiməsi çərçivəli olan, yaxud dünyəvi və ruhani təcrübəsi kasad insan üçün metafora rəngarəng obrazdan başqa bir şey deyildir.

 

AÇAR SÖZLƏR

sufi poeziyası, konseptual metafora, irrasional bilik, varoluşun sirri, idrak



Məqaləni yüklə

İNDEKSLƏMƏ