Azərbaycan aşıq poeziyasının dilində sinonimlik keyfiyyəti
Fəxriyyə CəfərovaDOI: https://doi.org/10.48445/z5746-8431-0365-l
ORCID ID: https://orcid.org/0000-0001-2345-6789
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Azərbaycan
xalqının mədəni irsinin ayrılmaz hissəsi olan aşıq poeziyası çox zəngin, poetik
və üslubi xüsusiyyətləri ilə seçilir. Bu poeziyanın dilində sinonimlər estetik, semantik və funksional əhəmiyyətə
malikdir. Aşıq poeziyası hələ Qədim zamanlardan bəri sinonimlik vasitəsilə
özünü göstərən zəngin semantik qatlara malik olmuşdur. Aşıqların dilində
sinonimlik məna incəliklərini ifadə etmək, estetik cəlbediciliyi təmin etmək və
mədəni kimliyi əks etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Məqalədə aşıq
poeziyasının sinonim keyfiyyətləri araşdırılır, sinonimliyin linqvistik,
semantik, üslubi və mədəni aspektləri nəzərdən keçirilir. Sinonimlərin mətndə ritm, təkrar, parralelizm, mədəni simvolika
və asan yadda saxlama kimi funksiyalarda rolu açıqlanır, o cümlədən
Azərbaycan xalqının mənəvi dəyərlərinin ifadəsindəki əhəmiyyəti nümunələrlə
göstərilir.
AÇAR
SÖZLƏR
aşıq poeziyası, poetik dil, mədəni simvolika, semantik
zənginlik, üslub xüsusiyyətləri










































