Nəbi Xəzrinin dilində fonopoetik vasitələrin rolu
Qənirə ƏsgərovaDOI: https://doi.org/10.48445/p0860-7347-7719-u
ORCID ID: https://orcid.org/0009-0005-7756-8029
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Fonopoetik vasitələr dedikdə, mənanı fonetik yolla
yaradan və ya gücləndirən ifadə yolları başa düşülür. Bu vasitələr poetik dildə
mərkəzi mövqe tutur, səs, məna və emosiyanın kəsişmə nöqtəsində fəaliyyət göstərərək
estetik təsiri formalaşdırır, oxucunun qavrayışını leksik və ya qrammatik mənanın
hüdudlarından kənara yönəldir. Dil vahidlərinin estetik və emosional funksiyanı
yerinə yetirməsi poetik dilin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan, dilin
fonetik quruluşu ilə məna arasında qarşılıqlı əlaqə bədii dilin formalaşmasında
mühüm rol oynayır. Sözün səs tərkibi bədii mətndə təsadüfi deyil, o, semantik
məzmunu gücləndirir, emosional çaları dərinləşdirir. Poeziyanın oxucuya təsir
gücünün artırılmasında şairlərin böyük rolu vardır. Bu mənada, məqalədə
fonopoetik vasitələr nəzəri
əsaslar və üslubi funksiyalar baxımından Nəbi Xəzrinin yaradıcılığı
əsasında araşdırılır. Linqvistik, üslubi və poetik yanaşmalara əsaslanan
tədqiqat göstərir ki, fonopoetik vasitələr adi dil faktı deyil, struktur
baxımından obrazlılıq, emosionallıq, ritm və semantik çalarların formalaşmasına
təsir edən əhəmiyyətli faktlardır.
AÇAR
SÖZLƏR
fonopoetika,
səs simvolizmi, poetik dil, ekspressivlik, poetik səs










































