TƏRƏFDAŞLAR


Məqalələr

Əli Nəzmi Mirzə Ələkbər Sabir ideyalar aləminin davamçısı kimi

Ulduz Qəhrəmanova
DOI: https://doi.org/10.48445/v3072-1230-0695-m
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Azərbaycan ədəbi məktəblərinin yaranması bir qayda olaraq böyük sənətkarların adı və yaradıcılıqları ilə bağlıdır. Sabir ədəbi məktəbi isə o dövr ədəbiyyatımızda (XX əsr – U. Q.) böyük hadisə idi. Çünki Sabir poeziyası xalqda özünütənqid, özünütərbiyə kimi önəmli xarakter formalaşdırır, onları milli intibaha çağırışa dəvət edirdi. Sabir satirik poeziyasının platforması vahid ictimai mübarizədə şüurlarda inqilabi cəbhə yaratmaqdan ibarət idi. Onun poetik novatorluğu da bu proqrama xidmət edirdi. Məlumdur ki, Sabirin parlayan inqilabi satirasını üzə çıxaran “Molla Nəsrəddin” ədəbi mətbu orqanı olmuşdur. Bu satirik jurnal nəşr olunduqdan sonra Sabirin davamçıları şairin səsinə səs vermiş, ona sadiq silahdaş olmuşlar. Sabirin milli poeziyaya gətirdiyi novatorluğu ilk olaraq Mirzə Cəlil Məmmədquluzadə yüksək qiymətləndirmişdir.

 

AÇAR SÖZLƏR

Mirzə Ələkbər Sabir, Əli Nəzmi, satirik poeziya, ideya davamçısı


Məqaləni yüklə

İNDEKSLƏMƏ