Savad təlimi dövründə ilk qrammatik məlumatların verilməsi
Fəridə SəfərəliyevaDOI: https://doi.org/10.48445/n5876-6996-1164-x
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Ana dilinin qorunması milli kimliyin
formalaşmasına birbaşa təsir göstərən əsas amillərdəndir. Xalqın ruhu,
dünyagörüşü, düşüncə tərzi məhz ana dili vasitəsilə ifadə olunur. Uşaqların
milli-mənəvi dəyərlərə, dilinə və dövlətinə bağlı şəxsiyyət kimi yetişdirlməsi
baxımından ana dilinin əhəmiyyəti böyükdür. Bu proses sinifdən savad təlimi
dövründən başlayaraq reallaşdırılmalıdır. Müasir savad təliminin elmi əsasını
dilimizin fonetik səs sistemi təşkil edir. Məhz savad təlimi dövründə məşğələlərin
düzgün təşkili müəllimin dilimizin səs sistemini nə dərəcədə bilməsindən
asılıdır. Fonetika və fonologiya qrafika ilə birlikdə savad təlimi
metodikasının, sadə oxu texnikasının işlənməsinin əsasını təşkil edir. Nitq səslərinin
öyrənilməsi savad təliminə hazırlıq dövründən başlanır. Məhz bu dövrdə
şagirdlərin fonematik eşitmə qabiliyyətləri inkişaf etdirilir. Bu da öz növbəsində
şagirdlərin dilimizin səs sistemi ilə praktik tanışlığını təmin edir. Şagirdlər
nitqimizi təşkil edən cümlələrin sözlərdən, sözlərin hecalardan, hecaların nitq
səslərindən əmələ gəldiyini öyrənirlər. Onlar nitq səslərindən heca, hecalardan
söz, sözdən cümlə, cümlədən nitq qurmaq kimi ilkin bacarıqlara yiyələnirlər.
Savad təlimi dövründə nitq inkişafı üzrə iş nitq səsləri və sözlərin düzgün tələffüzünü,
lüğət ehtiyatının zənginləşdirilməsini, cümlələrin və rabitəli nitqin
qurulmasını əhatə edir.
AÇAR SÖZLƏR
savad təlimi, nitq inkişafı, ilkin yazı bacarığı










































