TƏRƏFDAŞLAR


Məqalələr

Morfologiyanın tədrisində orfoepik vərdişlərin formalaşdırılması

Rəhilə Hümmətova
DOI: https://doi.org/10.48445/f3179-3271-9388-r
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Ədəbi tələffüz normalarına yiyələnmək, eləcə də orfoepiya üzrə iş aparmaq imkanları dilçiliyin fonetika bölməsində olduğu kimi, morfologiya bölməsinin tədrisində də olduqca zəngin və çoxşaxəlidir. Təbii ki, bu imkanlardan səmərəli istifadə müəllimin qarşısında əsas tələbdir. Morfologiyanın tədrisi prosesində orfoqrafiya üzrə işləri orfoepiya ilə əlaqələndirmək üçün də geniş imkanlar vardır. Fonetikanın tədrisində praktik yolla öyrənilmiş bir sıra tələffüz qaydaları ayrı-ayrı nitq hissələrinə aid olan söz və şəkilçilərin deyilişində özünü göstərir. Morfologiya üzrə aparılan orfoepik iş həm fonetika təlimində praktik yolla öyrənilmiş bir sıra tələffüz qaydaları üzrə mənim­sənilən bilik və bacarıqların avtomatlaşmasına, həm də şəkilçilərin tələffüzünə aid yeni bilik və vərdişlərin qazanılmasına xidmət edir. İstər ibtidai, istərsə də yuxarı siniflərdə yalnız dil qaydaları deyil, bütövlükdə Azərbaycan dili tədris olunur. Buna görə də dil dərslərində çoxcəhətli fənnin bütün sahələri əhatə olunur və orfoqrafiya, orfoepiya, leksikologiya, qrammatika və s. arasında sıx əlaqə yaranır. Dil təlimində dilin vahid strukturuna əməl edilməsi prinsipi öz sözünü deyir. Yəni hər bir qrammatik mövzunun tədrisi zamanı müvafiq leksik iş aparılır, orfoqrafiya və orfoepiyaya aid konkret işlər öz həllini tapır və gələcək bölmə üçün (sintaksis) zəmin hazırlanır.

 

AÇAR SÖZLƏR

morfologiya, ədəbi tələffüz, orfoepiya


Məqaləni yüklə

İNDEKSLƏMƏ