Azərbaycan dilinin beynəlxalq tədrisinin məqsədi və vəzifələri: Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasinin təşkili və tədrisi üzrə nümunəvi tədqiqat
Aqşin ƏliyevDOI: https://doi.org/10.48445/k8521-9122-4055-e
ORCID ID: https://orcid.org/0009-0008-8791-532
Tarix: 19 Oktyabr 2026
XÜLASƏ
Məqalədə “Azərbaycan dilinin beynəlxalq
tədrisi” anlayışı məzmun cəhətdən araşdırılır, elmi dövriyyəyə daxil edilərək və
indiyədək istifadə olunmuş əlaqəli anlayışlarla müqayisə olunur. Tədqiqat çərçivəsində
Azərbaycan dilinin xaricdə tədrisinin üç əsas formatı təhlil olunur, bu sahənin
nəzəri və praktik problemləri araşdırılır. Eyni zamanda, Azərbaycan dilinin
beynəlxalq tədrisinin səmərəli təşkili üçün fərqli metodoloji yanaşmaların tətbiqinin,
dərslik və lüğətlərin məqsədyönlü hazırlanmasının əhəmiyyəti əsaslandırılır. Məqalədə
rəqəmsallaşma şəraitində Azərbaycan dilinin beynəlxalq tədrisinin mövcud vəziyyəti
qiymətləndirilir, bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilir.
Dünya təcrübəsi əsasında dil tədrisinin xaricdə mərkəzləşdirilmiş şəkildə təşkili
məsələləri, müəllim hazırlığının rolu və “Azərbaycan dilinin beynəlxalq tədrisi”
üzrə müvafiq ixtisasların yaradılmasının zəruriliyi nəzərdən keçirilir. Bununla
yanaşı, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin ixtisas səviyyəsində
tədrisi təcrübəsi təqdim edilir və əldə olunmuş nəticələr ümumiləşdirilir.
AÇAR
SÖZLƏR
Azərbaycan dili, xarici dil, beynəlxalq tədris, Pekin Xarici Dillər
Universiteti










































