TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilinin bədii üslubunda bəzi bəzək əşya adlarının etnoqrafik təhlili

Səbinə Vəliyeva
DOI: https://doi.org/10.48445/m3932-3191-6705-q
ORCID ID: https://orcid.org/0009-0007-3197-0754
Tarix: 19 Oktyabr 2026

XÜLASƏ

Türkologiyada və Azərbaycan dilçiliyində geyim və zərgərlik lüğətinin tədqiqi tarixi dilçiliyin həll olunmamış problemlərindən hesab olunur. Mövcud tədqiqatlarda, dilçiliyə aid bəzi əsərlərdə bunlar haqqında yalnız qısa məlumat verilir. Hazırda bu tematik lüğət qrupu müxtəlif sahələrin elm adamlarının tədqiqat obyektidir. Türk mədəniyyətinin, etnoqrafiyasının və dilinin öyrənilməsi ilə bağlı mənbələrə və elmi ədəbiyyata nəzər saldıqda “Geyim və zərgərlik” tematik qrupuna daxil olan leksemlər türk dillərinin lüğət tərkibində mühüm yer tutduğu anlaşılır. Aparılan təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, əksər türk dillərində lüğətin bu qolu məişət lüğəti çərçivəsində tədqiq edilmişdir.  Hazırda bəzi türk dillərində geyim və zinət əşyalarının lüğəti ilə bağlı monoqrafik tədqiqatlar aparılır.

 

AÇAR SÖZLƏR

Azərbaycan dili, bədii üslub, bəzək əşyaları, sırğa, qadın bəzək əşyaları


Məqaləni yüklə

İNDEKSLƏMƏ