TƏRƏFDAŞLAR


Məqalələr

Ali məktəblərdə sadə cümlə və onun növlərinin tədrisinin aktual problemləri

Gülarə Abdullayeva
DOI: doi.org/10.48445/k1933-8409-5976-x
ORCID ID: https://orcid.org/ 0000-0003-1162-0275
Tarix: 27 Aprel 2023

XÜLASƏ


Məqalədə sadə cümlə və onun növlərinin müxtəlif prinsiplər əsasında təsnifinə uyğun olaraq tədrisi prosesində nəzərə çarpan problemlər və onların həlli yolları araşdırılır, yeni təlim texnologiyalarının tətbiqi yolları şərh edilir. Qeyd olunur ki, sadə cümlənin cüttərkibli və təktərkibli, müxtəsər və geniş, bütöv və yarımçıq növlərinin tədrisi zamanı diqqəti onların müqayisəli şəkildə tədrisinə yönəltməli, oxşar və fərqli məqamlar yeni texnologiyaların köməyi ilə müəyyənləşdirilməlidir. Mövzuların bu şəkildə tədrisi prosesində mənimsəmə keyfiyyəti yüksəlməklə bərabər, yeni biliklərin üzə çıxarılması da hədəflənir. Bu zaman öyrənən obyekt deyil, subyekt rolunu oynayır, onlarda tədris prosesinə İKT-nin imkanlarının tətbiqi vərdişləri aşılanır, eləcə də internet imkanlarından istifadə vərdişləri formalaşır, kreativ düşüncəyə sahib bir mütəxəssis yetişdirilir.


AÇAR SÖZLƏR

cüttərkibli cümlə, təktərkibli cümlə, yarımçıq cümlə, müxtəsər cümlə, geniş cümlə

Məqaləni yüklə

İNDEKSLƏMƏ