Qədim türk yazılı dastanları: Göytürk dastanları nümunəsində
Aynur SəfərliDOI: doi.org/10.48445/r3878-7441-8082-u
ORCID ID: https://orcid.org/0000-0002-01104659
Tarix: 11 İyul 2023
XÜLASƏ
Türklər dünyanın ən qədim və qüdrətli xalqlarındandır. 3500 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat və 2500‒3000 il yazı tarixinə malik olmaları onların daha qədim köklərə dayandıqları fikrinə tam əminlik yaradır. Türk yazı tarixinin başlanğıcı bu dövrlərə qədər gedib çıxsa da, ilk yazılı mətnlər VIII əsrə aid olan Orxon-Yenisey abidələri hesab olunur. Tarixdə “türk” sözü ilk dəfə olaraq Göytürklər tərəfindən işlədilmiş, həmçinin türk adı altında dövlət quran ilk dövlət də məhz onların adı ilə bağlı olmuşdur. Burada “göy” sözü “mavi”, “geniş” mənasında işlədilərək dövlətin böyüklüyünü və türk millətinin əzəmətini ifadə edir. Məqalədə qədim türk yazılı nümunələri Göytürk dastanları əsasında təhlilə cəlb edilmişdir.
AÇAR SÖZLƏR
Göytürk dastanları, Ərgənəkon, türk, bozqurd