TƏRƏFDAŞLAR


Məqalələr

İcmal mövzuların öyrənilməsinə yeni yanaşma

Soltan Hüseynoğlu
DOI: doi.org/10.48445/t4744-8325-4140-d
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 13 Dekabr 2023

XÜLASƏ 

Məktəb ədəbiyyat kursunun əhatə etdiyi məsələlər çox olmaqla yanaşı, məzmunca da mürəkkəbdir. Bu, həmin kursla bağlı ardıcıl araşdırmaların aparılmasını zəruri edən mühüm cəhətlərdəndir. Məsələnin başqa tərəfi də var: yeni təlimi yanaşmaların, texnologiyaların bir-birinin ardınca meydana çıxması tədqiqatların səngimədən aparılmasını tələb edir. Deyilənlərdən bu da aydın olur ki, metodikanın bir sıra problemlərinin üzərinə yenidən qayıtmaq, çağdaş elmi fikirlərin işığında onlara fərqli nəzərlə baxmaq faydalıdır. Belə mühüm sahələrdən biri tarixi-ədəbi materiallar – icmal mövzularıdır. Ədəbiyyat tarixinin keçdiyi uzun inkişaf yolunu əhatə edən icmal materialları fakt bolluğu, məzmun zənginliyi ilə seçilir. Müəyyən tarixi dönəmin sosial-siyasi vəziyyətini, ədəbi-mədəni mənzərəsini əks etdirən icmal mövzuların tədrisi də, mənimsənilməsi də asan deyildir. Bu mövzuların tədrisi ilə bağlı ciddi hazırlıq işlərinin aparılması, şagirdlərin müstəqilliyinin diqqət mərkəzində saxlanılması vacibdir. Məqalədə icmal mövzuların tip və variantları üzərində daha çox dayanılmış, öyrədilməsi ilə bağlı fərqli yolların şərhinə geniş yer verilmişdir.  


AÇAR SÖZLƏR 

icmal, icmal mövzular, əsli icmallar, monoqrafik mövzular, inteqrasiya 

Məqaləni yüklə

İNDEKSLƏMƏ