TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarının mənimsədilməsində qrammatik təhlillərin rolu

Aygün Əliyeva
DOI: doi.org/10.48445/t6878-9738-9485-v
ORCID ID: https://orcid.org/0009-0002-4491-8019
Tarix: 13 Dekabr 2023

XÜLASƏ 

Məqalədə tədris prosesində Azərbaycan dilinin qrammatik quruluşunun öyrədilməsinin metodik yolları şərh olunmuş, şagirdlərin qrammatikanı şüurlu olaraq mənimsəmələri, düzgün oxu, yazılı və şifahi nitq vərdişlərinə yiyələnmələri üçün Azərbaycan dili məşğələlərinin ümumi sistemində qrammatik təhlilin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda şagirdlərdə mütəmadi olaraq fonetik hadisələri müşahidə etmək, fonetik təhlillər aparmaq və fonetikaya aid bilikləri tez-tez təkrarlamaq kimi xüsusiyyətləri formalaşdırmaq üçün məşğələlər keçirməyin vacibliyi diqqətə çatdırılmışdır. Morfologiya bölməsinin tədrisi zamanı şagirdlərdə həm düzgün, şüurlu, ifadəli şifahi nitq və oxu vərdişlərinin formalaşması, həm də orfoqrafik vərdişlərin qaydaya salınmasının faydalı olduğu izah olunmuşdur. Sintaksisə aid olan məşğələlərdə sintaktik formaların əhəmiyyəti, üslubi imkanları və nitqdə işlənmə yerləri göstərilmişdir. Məqalədə həmçinin qrammatik təhlillərdən istifadənin şagirdlərin kommunikativ vərdişlərinin formalaşmasına təsiri vurğulanmışdır.  


AÇAR SÖZLƏR 

qrammatik təhlillər, tədrisin keyfiyyəti,  kommunikativ vərdişlər, fonetika, morfologiya,  sintaksis 

Məqaləni yüklə

İNDEKSLƏMƏ