TƏRƏFDAŞLAR


Məqalələr

Nəsimi dilinin linqvistik-poetik çalarları

Rəhman Quliyev
DOI: doi.org/10.48445/e1102-4855-5639-z
ORCID ID: https://orcid.org/0009-0009-7130-8196
Tarix: 13 Dekabr 2023

XÜLASƏ 

Orta dövrün başlanğıcı sayılan XIII əsrdən etibarən anadilli poeziyanın inkişafını müşahidə edirik. Poeziyamızda ərəb-fars dilləri ilə yanaşı, ədəbiyyatımızın, ümumən mədəniyyətimizin ən böyük hadisəsi sayılan ana dilinin canlanmasını dövrün doğma dildə yazan söz sənətkarlarının yaradıcılığında müşahidə edirik. Anadilli poeziyanın formalaşmasında mühüm rol oynayan mükəmməl yaradıcılığa malik sənətkarlar arasında İmadəddin Nəsimi xüsusilə fərqlənir. Tükənməz yaradıcılıq xəzinəsinə malik Nəsimi poeziyası indiyədək ayrı-ayrı dilçi, tənqidçi və ədəbiyyatşünas alimlər tərəfindən müxtəlif aspektlərdən tədqiq edilərək işıqlandırılsa da, hələ də geniş təhlilə ciddi zərurət duyulur.  


AÇAR SÖZLƏR 

anadilli mühit, dövrün dil xüsusiyyətləri, ədəbi-bədii  dil, polisemantiklik, linqvopoetik çalar, hürufizm 

Məqaləni yüklə

İNDEKSLƏMƏ