TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan ədəbi dilində toponimik vahidlərin formalaşmasının leksik üsulları

Həmzə Əliyev / Ədalət Abbasov
DOI: doi.org/10.48445/h6261-4819-3211-u
ORCID ID: https://orcid.org/0000-0003-2344-8388 / https://orcid.org/0000-0002-9704-1874
Tarix: 13 Dekabr 2023

XÜLASƏ 

Azərbaycan toponimik vahidlərinin işlənmə coğrafiyası son dərəcə geniş olduğu kimi, yaranma üsulları da müxtəlifdir. Bu isə toponimlərin formalaşma üsullarının təsnifat sistemini yaratmış olur. Toponimlərlə bağlı araşdırmaların genişlənməsinə baxmayaraq, toponimikanın elmi-nəzəri prinsiplərinə riayət olunmur. Məhz bu istiqamətdə aparılan araşdırmaların əksəriyyətində səciyyəvi xüsusiyyətlər mövcuddur. Qeyd edək ki, tədqiqatların təsnifatında bəzi metodik nöqsanlar da özünü göstərməkdədir. Ümumiyyətlə, toponimlərə sistemli şəkildə yanaşıldığı üçün onun tədqiqi zamanı bəzi mühüm məsələlər ya araşdırma prosesindən kənarda qalmış, ya da tamamilə unudulmuşdur.  


AÇAR SÖZLƏR 

toponimik vahid,  leksik üsul, onomastik leksika,  oykonim və oronim, semantik element,  linqvistik prinsip, lüğət tərkibi 

Məqaləni yüklə

İNDEKSLƏMƏ