TƏRƏFDAŞLAR


Məqalələr

Fakir Baykurt və İsa Muğannanın bədii yaradıcılığında ləqəblərin müqayisəli təhlili

İlahə Kərimova
DOI: doi.org/10.48445/a0379-2338-2656-q
ORCID ID: https://orcid.org/0009-0002-1369-3806
Tarix: 28 Noyabr 2024

XÜLASƏ 

Tarix boyunca insanlar ilk olaraq adlardan, daha sonra isə soyadlardan istifadə etmişlər. Son zamanlar isə ləqəblərdən daha çox istifadə edilməyə başlanmışdır. Ləqəblər sosial həyatın bir gerçəyidir. Bədii ədəbiyyatda ləqəblərdən üslubi məqsədlər, obrazın dünyagörüşü və digər xüsusiyyətlərini təsvir etmək üçün istifadə edilir. Türk və Azərbaycan yazıçılarının əsərlərində ləqəblərin geniş şəkildə işləndiyinin şahidi oluruq. Məqalədə məşhur türk yazıçısı Fakir Baykurtun bədii yaradıcılığına daxil olan romanlarla (“Onuncu köy”, “Tırpan”) İsa Muğannanın povestlərindəki (“Kollu koxa”, “Şəppəli”) ləqəblər müqayisəli şəkildə təhlilə cəlb edilmiş, Azərbaycan və türk dillərindəki ləqəblərin linqvistik və üslubi xüsusiyyətləri müqayisə olunmuşdur. Həm türk, həm də Azərbaycan dilində işlənən ləqəblər öz leksik-semantik çalarları baxımından bir-birindən fərqlənir. Bu ləqəblərdə personajın görünüşü, həmçinin fiziki və psixoloji cəhətləri əks olunur.  


AÇAR SÖZLƏR 

ləqəb, obraz, xüsusiyyət, müqayisəli təhlil  

Məqaləni yüklə

İNDEKSLƏMƏ