Professor Əlövsət Abdullayev “Azərbaycan əlifbasının tarixi” haqqında
Səbinə MuxtarovaDOI: doi.org/10.48445/p6783-8564-2813-o
ORCID ID: https://orcid.org/0000-0002-1856-2648
Tarix: 28 Noyabr 2024
XÜLASƏ
Professor Əlövsət Abdullayevin yaradıcılığında əlifba məsələsinin xüsusi yeri vardır. Alim ilk növbədə Azərbaycan əlifbasının tarixini araşdırmış və bu istiqamətdə ümumtürk əlifbaları haqqında da məlumat vermişdir. Onun tədqiqatlarına əsasən, məlum olur ki, türk xalqları Orxon-Yenisey, uyğur, soğdi, manixey, brahmi, ərəb, yunan, latın, kiril, alban əlifbalarından istifadə etmişlər. Müəllif bu əlifbalar haqqında müfəssəl məlumat vermişdir. Orxon-Yenisey abidələrinin yazıldığı əlifba milli yazıdır. Bu yazının mənşəyi barədə fərqli fikirlər mövcuddur; bəziləri onun kiril mənşəli, digərləri isə türk damğaları əsasında yarandığı fikrini müdafiə edirlər. Azərbaycanda V əsrin I rübündən VIII əsrə qədər alban əlifbasından istifadə edilmişdir. Azərbaycanda uzun dövr ərzində istifadə edilən yazı növü ərəb əlifbası olmuşdur. Bu əlifbaya qarşı Azərbaycan ziyalıları mübarizə aparmış, onun qüsurlarını göstərərək, bəziləri islah olunması, digərləri isə tamamilə dəyişdirilməsi fikrini irəli sürmüşlər. Nəhayət, alimin bəhs etdiyi sonuncu yeni yazı növü – latın əlifbasıdır. Müəllif məqalə boyu bu əlifba uğrunda görülən işlərdən, eyni zamanda onun üstünlüklərindən bəhs edir.
AÇAR SÖZLƏR
əlifba, Orxon-Yenisey, alban, ərəb, kiril, latın