“Nadireyi zəmanə” – Mirzə Kəminə Tahirzadə (mühiti və şəxsiyyəti haqqında)
Minaxanım Nuriyeva TəkləliDOI: doi.org/10.48445/e2209-8393-2573-y
ORCID ID: https://orcid.org/0000-0002-4985-8134
Tarix: 28 Noyabr 2024
XÜLASƏ
Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Fatma xanım Kəminənin yaşadığı dövr, ədəbi mühiti, həyat və yaradıcılığı üzərində aparılan müşahidələr əsasında müəyyən nəticələr əldə olunmuşdur. Bu dövrdə şeir dilinin aydınlığı, canlılığı daha qabarıq formada hiss olunan keyfiyyətə çevrilmişdi. Artıq klassik ədəbi janrlar güclü təkamül prosesi keçir, bədii dil əvvəlki dövrlərdən fərqlənən yeni inkişaf məcrasına düşürdü. Şairin yaradıcılığında real həyatdan götürülən bədii təsvir və ifadə vasitələrinə təsadüf olunurdu ki, bu cəhət XIX əsr Azərbaycan lirik şeirində həyatiliyə, realizmə olan meylin gücləndiyini göstərirdi.
AÇAR SÖZLƏR
Kəminə, Natəvan, Qarabağ, şeir, bədii yaradıcılıq