“Azərbaycan dilinin poetik linqvistikası” fənni haqqında
Sədaqət HəsənovaDOI: doi.org/10.48445/o6981-2306-7783-s
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 28 Noyabr 2024
XÜLASƏ
Məqalədə Azərbaycan dilinin poetik xüsusiyyətlərindən bəhs olunur. Bu məqsədlə “Azərbaycan dilinin poetik linqvistikası” fənninin məqsəd və vəzifələri izah edilir, onun konkret obyekt və predmetinin olması əsaslandırılır, poetik dilin qədim tarixə malik olması və zənginliyi qeyd edilir. Xüsusilə də Azərbaycan poetik dilinin inkişafı prosesində sözlərin semantik bolluğu, dilin daxili imkanlarının genişliyi diqqət çəkir. Məqalədə fənnin filoloji elmlər sırasına daxil edilməsi təqdir olunur, fənnin adına münasibət bildirilir. Belə ki, indiyə qədər fənnin adı “Linqvistik poetika” adlansa da, elmi-məntiqi baxımdan, bu ad düzgün sayılmır və təklif edilir ki, onun adı dəyişdirilərək “Poetik linqvistika” və ya “Poetik dilçilik” adlandırılsın. Bu fikri əsaslandırmaq üçün faktik materi-allara müraciət olunur.
AÇAR SÖZLƏR
dil, söz, fənn, poetika, dilçilik