TƏRƏFDAŞLAR


Məqalələr

Qərbi Azərbaycan şivələrində və müasir türk ləhcələrində ekvivalent sözlər

Aynur Namazova
DOI: https://doi.org/10.48445/u6525-3896-7070-m
ORCID ID: https://orcid.org/0009-0001-2498-8880
Tarix: 10 Mart 2025

XÜLASƏ

Bu gün türk dünyasında tarixi və siyasi səbəblər nəticəsində yaranan bir çox türk ləhcələri və ya yazı dilləri istifadə olunur. Onlar müxtəlif cəhətlərinə görə bir-birindən az və ya çox dərəcədə fərqlənirlər. Türk ləhcələrinin özünəməxsus lüğət tərkibi vardır. Bu sözlər müəyyən dərəcədə “əsas dialekt” səviyyəsində, nisbətən az dərəcədə isə “ümumi türkcə” səviyyəsində bir-biri ilə üst-üstə düşürlər. Mənbə baxımından eyni qrupda olmaqdan əlavə, icmaların tarix boyu öz aralarında qurduqları iqtisadi və mədəni əlaqələr dini və siyasi baxımdan məruz qaldıqları yad təsirlərin də bir-biri ilə üst-üstə düşməsində mühüm rol oynayır. “Söz ekvivalenti” termini iki müxtəlif ləhcədəki sözlərin “konseptual sahə” baxımından bir-birinə ekvivalent olması vəziyyətini ifadə edir. Türk ləhcələrinin lüğət tərkibinin tam olaraq üst-üstə düşməməsi söz bərabərliyi məsələsinin əhəmiyyətini artırır.

 

 

AÇAR SÖZLƏR

türk dialektləri, transpozisiya, söz bərabərliyi, söz ekvivalenti


Məqaləni yüklə

İNDEKSLƏMƏ