TƏRƏFDAŞLAR


Məqalələr

İbtidai siniflərdə müasir Azərbaycan dili dərslərinin ənənəvi təlimlə müqayisəsinin əsas istiqamətləri

Könül Məmmədova
DOI: https://doi.org/10.48445/h6744-5994-3636-y
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 10 Mart 2025

XÜLASƏ

Məqalədə ibtidai siniflərdə müasir Azərbaycan dili dərslərinin ənənəvi təlimlə müqayisəsinin əsas istiqamətlərindən bəhs olunur. Belə ki, Azərbaycan dili müəllimləri şagirdlərin dərin biliklərə yiyələnmək imkanlarını nəzərə alaraq, onlarda fənnə aid anlayışları anlamaq, mühakimə yürütmək bacarıqlarını formalaşdırmağa çalışırlar. Müasir Azərbaycan dili dərslərində şagirdlərin müstəqil düşünmə bacarığını formalaşdıran problemli suallara, düşündürücü çalışmalara daha çox yer verilməlidir. Ənənəvi dərsdən fərqli olaraq, müasir dərs prosesi müəllimlərdən ciddi hazırlıq tələb edir. Bu səbəbdən müəllim dərsdə hansı üsul və priyomlardan istifadə edəcəyini, motivasiyadan, mövzuya aid köməkçi materiallardan və texnologiyadan yerində istifadəni əvvəlcədən müəyyən etməlidir. Müasir dərsin əsas məqsədi şagirdlərin dərketmə qabiliyyətini inkişaf etdirmək, dünyagörüşünü artırmaq və onları  təxəyyül müstəqilliyinə yiyələndirməkdir.

 

 

AÇAR SÖZLƏR

müasir dərs, ənənəvi dərs, dərketmə qabiliyyəti, dünyagörüşü, təxəyyül müstəqilliyi, yeni texnologiyalar


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ