TƏRƏFDAŞLAR


Məqalələr

Müasir Azərbaycan dilində frazeologiyanın sərhədləri

Elşad Abışov
DOI: https://doi.org/10.48445/e3301-5428-5329-a
ORCID ID: https://orcid.org/0000-0002-2707-729X
Tarix: 10 Mart 2025

XÜLASƏ

Məqalədə müasir Azərbaycan dilçiliyində aktuallığı ilə diqqəti cəlb edən frazeologiya və onun sərhədlərinin dəqiq müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır; bir çox hallarda məcazi mənalı mürəkkəb feillərlə eyniləşdirilən feili frazeoloji vahidlərin hüdudları müqayisə yolu ilə spesifik xüsusiyyətlər əsasında dəqiqləşdirilir. Tədqiqatda həmçinin məzmununda frazeoloji vahidlərin bir sıra xüsusiyyətlərini əks etdirən və bu səbəbdən “frazeoloji vahidlər” adı altında öyrənilən atalar sözləri və məsəllərin, həmçinin bu kateqoriyadan olan digər vahidlərin struktur-semantik xüsusiyyətlərinə görə frazeoloji birləşmələrdən fərqli söz qrupları olduğu aydınlaşdırılır, irəli sürülən mülahizələr mövcud qanunauyğunluqlar və praktik materiallar əsasında zənginləşdirilir.

 

AÇAR SÖZLƏR

frazeologiya, idiom, semantika, feil, qrammatika, leksika


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ