Ədəbiyyat təlimində şagirdlərin müstəqilliyinin inkişaf etdirilməsi imkanları
Soltan HüseynoğluDOI: https://doi.org/10.48445/k2673-7816-7700-f
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 10 Mart 2025
XÜLASƏ
Ölkəmizdə həyata keçirilən
təhsil islahatı müstəqil düşüncəli, qarşılaşdığı problemlərin həll yollarını müəyyənləşdirməyi
bacaran gənc nəslin tərbiyə edilməsini ciddi vəzifə kimi qarşıya qoymuşdur. Bu
vəzifənin reallaşdırılması tədris vasitələrinin təkmilləşdirilməsindən əhəmiyyətli
dərəcədə asılıdır. Təsadüfi deyildir ki, yeni təhsil proqramının – kurikulumun
hazırlanmasına, tətbiqinə və təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ədəbiyyat
fənn kurikulumunda da məsələnin vacib olması ardıcıl olaraq xatırladılır,
konkret tələblər və yollar göstərilir. Başqa sözlə, şagirdlərin fəallığının,
müstəqilliyinin inkişaf etdirilməsi fənnin əhatə etdiyi bütün məsələlərdə öz
ifadəsini tapır. Yəni tərcümeyi-hal, icmal, ədəbi-nəzəri materiallar,
monoqrafik mövzuların və s. öyrənilməsində qazanılmış biliklərin bacarıqlara
çevrilməsi, şagirdlərin idrak fəallığının, təfəkkür müstəqilliyinin inkişaf
etdirilməsi birinci dərəcəli vəzifə hesab edilir. Məqalədə təhsil proqramının və
ədəbiyyat dərsliklərinin təhlili məhz bu istiqamətdə aparılmışdır.
AÇAR SÖZLƏR
kurikulum, təhsil
proqramı, məzmun xətti, məzmun standartı, fəallıq, müsəqillik