TƏRƏFDAŞLAR


Məqalələr

Oxuyub-anlama bacarığının təkmilləşdirilməsi: Hekayə videoları və şəkilli kitabların müqayisəli təhlili

Angelika O. Laluan, Jimuel B. Naranjo, Andreya Nikol T. Sarmiento, Erika Ceyn T. Aqua, Miquel A. De Cesus
DOI: https://doi.org/10.48445/r2675-6493-7872-r
ORCID ID: https://orcid.org/0009-0003-5585-4118
Tarix: 30 May 2025

XÜLASƏ

Bu tədqiqat Filippin Politexnik Universiteti Santa Maria Bulacan Kampusunda ingilis dili ixtisası üzrə təhsil alan ikinci kurs bakalavr tələbələrinin oxu qabiliyyətini və oxuyub-anlama bacarıqlarını təkmilləşdirmək məqsədilə iki tədris materialının – “Storyline Online” hekayə videoları və şəkilli kitabların effektivliyini araşdırır. Statistik araşdırma metodundan istifadə edilərək, tələbələrin oxuyub-anlama bacarığındakı inkişafını qiymətləndirmək məqsədilə eksperimentdən əvvəlki və sonrakı testlər müqayisə edilmişdir. Tədqiqatda iki qrupa bölünməklə, ümumilikdə 80 nəfər tələbə iştirak etmişdir. İlkin sınaq nəticələri göstərdi ki, hər iki qrupda oxunu anlama səviyyəsi aşağıdır. Təhlillərin nəticələrinə əsasən, hekayə videolarından istifadə edən tələbələrdə orta inkişaf səviyyəsi 0,73 bal təşkil etmişdir (Cohen's d = 0,199) ki, bu da şəkilli kitablardan istifadə edən qrupla (0,25 bal, Cohen d = 0,062) müqayisədə daha yüksək nəticədir. Hekayə videoları multimedia öyrənmə nəzəriyyələri ilə uyğunluq təşkil edərək multisensor əlaqələr və audiovizual xüsusiyyətlər baxımından daha yüksək effektivlik nümayiş etdirmişdir. Şəkilli kitablar isə daha az effektiv olsa da, tənqidi təfəkkür və təxəyyülün inkişafı baxımından faydalı hesab olunur və uzunmüddətli tədris fəaliyyətində tamamlayıcı vasitə kimi istifadə oluna bilər. Nəticələr göstərir ki, hekayə videoları mətnin tez və asan qavranılması baxımından daha təsirlidir, şəkilli kitablar isə mətn üzərində daha dərin düşünmə bacarıqlarının formalaşmasına şərait yaradır. Bu araşdırma müxtəlif öyrənmə ehtiyaclarının qarşılanmasında interaktiv multimedia vasitələrinin tədrisdə faydalılığını vurğulayır, tələbələrin oxu və yazı bacarıqlarını inkişaf etdirmək istəyən təhsil mütəxəssisləri üçün tövsiyələr təqdim edir. Araşdırmanın nəticələri bu tədris materiallarının tədris prosesinə inteqrasiyasının tələbələrin oxuyub-anlama səviyyəsinin artırılmasında mühüm əhəmiyyət daşıdığını göstərir.

 

AÇAR SÖZLƏR

şəkilli kitablar, oxuyub-anlama, hekayə videoları, təhsil, ədəbiyyat


Məqaləni yüklə

İNDEKSLƏMƏ