Azərbaycan dilinin “İnsanın emosional vəziyyəti” frazeosemantik sahəsində “Qəzəb”
Ülkər XəlilliDOI: https://doi.org/10.48445/t7813-3930-4561-y
ORCID ID: https://orcid.org/0009-0003-0335-4904
Tarix: 30 May 2025
XÜLASƏ
Məqalədə
“qəzəb” anlayışı sahə nəzəriyyəsi prinsipi əsasında araşdırılmış, “insanın
emosional vəziyyəti: mənfi emosional hallar” frazeosemantik sahəsinin tərkib
hissəsi kimi nəzərdən keçirilmişdir. Sahənin strukturu təhlil olunmuş, nüvə və
periferiya zonaları müəyyənləşdirilmiş, hər bir zonanı yaradan vahidlərin əsas
xüsusiyyətləri dəqiqləşdirilmişdir. Nüvə zonası üçün daha çox invariant birləşmələr
xarakterikdir. Perifeya sahəsində yer alan vahidlər isə öz diferensial xüsusiyyətləri
ilə fərqlənir. Məqalədə həmçinin “Qəzəb” altsahəsini təşkil edən frazeoloji
vahidlərin əlamətləri tədqiq olunmuş, bu vahidlərin əsas xüsusiyyətləri və təzahür
şəkilləri araşdırılmışdır. İnsan qəzəblənərkən orqanizmində müxtəlif dəyişikliklər
baş verir və bu dəyişikliklər frazeoloji vahidlərin semantikasında da özünü
göstərir. Məqalədə “qəzəb” anlayışını ifadə edən sabit söz birləşmələrinin
semantik xüsusiyyətləri ilə bağlı məsələlər də yer alır. Dilimizdə frazeoloji
vahidlərdəki variantlılıq da maraq doğurur. “Qəzəb” sahəsində variant yaratma
yolları nəzərdən keçirilmiş, eyni vahidin müxtəlif variantları və onların
yaranma üsulları tədqiqata cəlb olunmuşdur.
AÇAR
SÖZLƏR
frazeosemantik
sahə, emosional vəziyyət, nüvə, periferiya, variantlılıq