TƏRƏFDAŞLAR


Məqalələr

1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm müqayisəli ədəbiyyatşünaslığın təhlil obyekti kimi

Aynur Bədəlova
DOI: https://doi.org/10.48445/h7703-9912-0456-w
ORCID ID: https://orcid.org/0009-0002-9288-6218
Tarix: 30 May 2025

XÜLASƏ

Müqayisəli ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslığın əsas istiqamətlərindən olub, müxtəlif xalqların və tarixi dövrlərin ədəbiyyatlarının ümumi qanunauyğunluqlarını və əlaqələrini fərqli ədəbi ənənələrlə müəyyən etmək məqsədi daşıyır. Müqayisəli ədəbiyyatşünaslığın müqayisəvi istiqamətlərini müəyyənləşdirən ədəbiyyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin mahiyyətini öyrənmədən onlar arasındakı ədəbi əlaqəni aşkar etmək mümkün deyil. Məqalədə müqayisəli ədəbiyyatşünaslığın mahiyyəti və müqayisəvi istiqamətləri müəyyənləşdirilmiş, həmçinin 1960–1980-ci illər Azərbaycan nəsrində psixologizmin müqayisəli ədəbiyyatşünaslıqda tədqiqi məsələlərinə diqqət yetirilmişdir. Azərbaycan nəsrində psixologizmin spesifik xüsusiyyətlərini daha dərindən təhlil etmək üçün onun milli və dünya ədəbiyyatı ilə müqayisəsi zəruridir. Bu baxımdan, 1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm insanın mənəvi aləmini, onun psixoloji münaqişələrini, daxili mübarizələrini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövrün Azərbaycan ədəbiyyatı bəzi spesifik xüsusiyyətlərinə baxmayaraq, insanın sosial-psixoloji həyatında baş verən mühüm dəyişiklikləri əks etdirərək qlobal ədəbi proseslərdə aktiv şəkildə iştirak edir.

 

AÇAR SÖZLƏR

ədəbiyyat tarixi, sosial-psixoloji dəyişikliklər, milli ədəbiyyatlar, müqayisəli ədəbiyyatşünaslıq, psixologizm


Məqaləni yüklə

İNDEKSLƏMƏ