TƏRƏFDAŞLAR


Məqalələr

Mir Cəlal yaradıcılığında janr məsələsi

Şakir Cəfərov
DOI: https://doi.org/10.48445/l0213-3638-4682-h
ORCID ID: https://orcid.org/0009-0003-2454-9794
Tarix: 30 May 2025

XÜLASƏ

Mir Cəlal ədəbiyyata bədii sözün ictimai həyatda güclü nüfuza malik olduğu bir dövrdə, ötən əsrin 30-cu illərində gəlmişdir. Belə bir dövrdə ictimai həyata sürətlə nüfuz edən ədəbi janrlar, xüsusən şeir, oçerk və hekayəyə daha çox müraciət olunduğundan, Mir Cəlalın da mətbuatda ilk çıxışı məhz bu janr istiqamətində olmuşdur. Ədib özü bu barədə yazmışdır: “Bir dəfə Mayakovskinin “Zərbəçi marşı” adlı şeiri əlimə keçdi, onu oxudum və nədənsə tərcümə etmək fikrinə düşdüm. Bir həftə sonra “Zərbəçi marşı” adlı tərcümə şeirim çıxdı. Bu mənim mərkəzi mətbuatda ilk yazım idi”. Ədib bu nəşrdən başlayaraq ömrünün sonuna kimi paralel olaraq bədii və elmi yaradıcılıqla məşğul olmuşdur. Yazıçının yaradıcılıq psixologiyasına dərindən bələd olan akademik Nərgiz Paşayeva yazır: “Təxminən əlli illik bədii yaradıcılığında Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmışdır: həyat materialını hər cür “kosmetik ədəbiyyatlardan” uzaq, bütün həqiqətləri ilə, gözəllik və faciələri ilə, gülməli və ağlamalı tərəfləri ilə canlandırmağı bacarmışdır”. Qeyd etməliyik ki, Mir Cəlalın 2013-cü ildə nəşr edilmiş felyeton, şeir, oçerk, tərcümə, xatirə və hekayələrdən ibarət beş cildlik əsərləri onun yaradıcılığının ideya-bədii vüsəti haqqında zəngin təsəvvür yaradır. Lirik təhkiyə ilə incə yumor, xəfif romantika, istehza və xoşməramlı gülüş Mir Cəlalın hekayələrində bir-birini tamamlayan bədii vasitələrdir.

 

AÇAR SÖZLƏR

ədəbi janrlar, bədii yaradıcılıq, Mir Cəlal, ədəbi psixologiya

Məqaləni yüklə

İNDEKSLƏMƏ