Mirzə Ələkbər Sabir ustadı Seyid Əzim Şirvani ədəbi məktəbinin nümayəndəsi kimi
Ulduz QəhrəmanovaDOI: https://doi.org/10.48445/o5639-8545-9931-l
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 30 May 2025
XÜLASƏ
Mirzə
Ələkbər Sabir yaratdığı satirik tiplərin öz dilləri ilə özlərini ifşa etmək
üsulunu seçərkən sələflərindən, klassik sənətkarlardan bəhrələnmişdir. O, M. F.
Axundzadə və S. Ə. Şirvaninin təcrübələrinə əsaslanaraq, elmi ədəbiyyatda da
göstərildiyi kimi, yaradıcılığının bütün məqamlarında, o cümlədən klassik irsdən
bəhrələndiyi zaman heç vaxt təkrarçılığa, təqlidə yol verməmiş, daim orijinal
yazı tərzi nümayiş etdirmişdir. Sabirin klassik irsdən bəhrələnməsi və onlardan
istifadə üsulları müxtəlifdir. O, ustadların poetik deyim tərzlərini, təsvir və
ifadə üsullarını zamana uyğunlaşdırır, müəllif mövqeyində dəyişiklik edir,
lirik qəhrəmanları gah fədakar insanlara, gah da satirik tiplərə çevirirdi. Qəhrəmanın
“məşuq”u, “sevgili”si mahiyyətcə dəyişdirilir, lirik dialoq və monoloqlar
satirik və yumoristik şəklə salınır, bəzi hallarda şikayət, giley-güzar yeni
“aşiq”in fədakarlığının təsdiqinə yox, onun daxili eybəcərliyinin ifşasına və
ya ətalətinin tənqidinə xidmət edir. Bütün bu çoxçalarlı təsvir və bədii təqdimat
üsulları nəticəsində Sabirin surətlər aləminin zənginliyi təmin edilmiş olur.
AÇAR
SÖZLƏR
satira,
ustad, novator, klassik irs, satirik tip