TƏRƏFDAŞLAR


Məqalələr

Tədris prosesində müəllimin nitq mədəniyyətinin psixoloji əhəmiyyəti

Gülnarə Əlixanova
DOI: https://doi.org/10.48445/i5328-2212-5644-l
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 30 May 2025

XÜLASƏ

Təsadüfi deyil ki, əsrlər boyu insanın nitq mədəniyyətinə daima diqqət yetirilmişdir, çünki nitq birbaşa erudisiyaya, zəkaya, etikaya və tərbiyəyə işarə edir. Düzgün nitq mədəniyyətinə yiyələnmək cəmiyyətdə müvəffəqiyyət, nüfuz, perspektiv və karyerada irəliləyiş əldə edərək uğur qazanmağın göstəricisidir. Hər bir şəxs cəmiyyətin qəbul etdiyi düzgün nitq mədəniyyətinə yiyələnməlidir. Müəllimlik peşəsinin spesifikliyi dedikdə, onun əhatəsindəki digər insanlarla daimi təmasda olması nəzərdə tutulur. Müəllimin fəaliyyəti şagird şəxsiyyətinin formalaşmasına, şagirdin cəmiyyət tərəfindən tələb olunan müəyyən davranış qaydalarının mənimsənilməsinə və eyni zamanda intellektual inkişafına yönəldilmişdir. Deməli, müəllim təkcə psixoloji və xüsusi biliklərə deyil, eyni zamanda peşəkar qarşılıqlı ünsiyyət bacarıqlarına da malik olmalıdır. Nitq mədəniyyəti dilin tələffüz normalarına, vurğu və sözdən istifadə qaydalarına yiyələnmək, o cümlədən müxtəlif ünsiyyət şəraitində ifadəli dil vasitələrindən öz məqsəd və məzmununa uyğun istifadə etmək bacarığıdır. Düzgün nitq, dil mədəniyyətinin təməlidir. Müasir insanın lüğət ehtiyatı müxtəlif məlumat mənbələrindən, o cümlədən internet vasitəsilə dilimizə daxil olan çox sayda alınma sözlərdən ibarətdir. Son zamanlar internet ünsiyyəti gənclərin nitqinə təsir edərək həlli tələb edilən mühüm problemə çevrilmişdir.

 

AÇAR SÖZLƏR

ünsiyyət bacarıqları, etika, nitq mədəniyyəti, müəllim, ünsiyyət


Məqaləni yüklə

İNDEKSLƏMƏ