TƏRƏFDAŞLAR


Məqalələr

Seyid Əzim Şirvaninin yaradıcılığında maarifçilik ideyaları və multikultural dəyərlər

Pərixanım Soltanqızı (Hüseynova)
DOI: https://doi.org/10.48445/x5498-2085-9701-b
ORCID ID: https//orcid.org/0000-0001-9391-6162
Tarix: 30 May 2025

XÜLASƏ

Məqalədə maarifçiliyin və tənqidi realizm məktəbinin davamçılarından olan Seyid Əzim Şirvaninin XIX əsrin I yarısından II yarısınadək davam edən yaradıcılığı tədqiq edilir, maarifçilik ideyalarından söhbət açılır, satiralarında cəhalətə, nadanlığa qarşı çıxması diqqət mərkəzinə gətirilir. Şairin “Müctəhidin təhsildən qayıtması”, “Cahil ata ilə alim oğul”, “Alimi-biəməl vaqiəsi” və digər əsərlərində ruhani təhsilin gərəksiz, dünyəvi elmləri öyrənməyin isə daha faydalı olduğu diqqətə çatdırılır. Onun “Mircəfərə xitab”, “Guş qıl”, “Həzrəti İsa qissəsi”, “Həzrəti İsanın hekayəsi”, “Sünni və şiə”, “Qurani-hədis” əsərlərində multikultural dəyərlər araşdırılır, sənətkarın multikultural, tolerant ədib olması nümunələrlə əsaslandırılır. Ədibin digər xalqların dininə, peyğəmbərlərinə olan rəğbəti bədii-elmi baxımdan geniş şərh edilir. Tədqiqatda şairin əsərlərinin bəşəri xarakter daşıdığı, onun kamil ictimai satirik şair səviyyəsinə qədər yüksəldiyi bədii detallarla qeyd olunur. Məqalədə elmi polemika aparılır və tədqiqatçı elmi-nəzəri mülahizələrini sitatlarla əsaslandırır.

 

AÇAR SÖZLƏR

maarifçilik, satira, multikultural dəyərlər, tolerantlıq



Məqaləni yüklə

İNDEKSLƏMƏ