Yazarın dil kimliyinin ifadəsində sinesteziya faktoru – qavrayış spesifikasının inikası kimi
Bənövşə MəmmədovaDOI: https://doi.org/10.48445/k8528-1913-8667-v
ORCID ID: https://orcid.org/0000-0002-2578-1363
Tarix: 30 May 2025
XÜLASƏ
Bədii
əsər formatında dil şəxsiyyətinin reprezentasiyası zamanı ən çox maraq doğuran
məqamlardan biri, bu və ya digər konkret qələm sahibinin fərdi idiolekt və
ideostil özəlliyinin təzahürü kimi ortaya çıxan intermediallıq faktları ilə
bağlıdır. Qeyd edək ki, bilavasitə qavrayış spesifikliyi ilə şərtlənən
intermediallıq hadisəsi ətraf aləmdən mənimsənilən və hissiyyat orqanları tərəfindən
qəbul edilən informasiyanın emalı texnologiyası ilə tənzimlənir. Belə ki,
sinestezial qavrayış tərzinə malik insanlarda bu mədəniyyət sahələrarası əlaqənin
daha əyani şəkildə təzahür tapmasına və həmin hadisənin birbaşa formada
qavrayış modeli ilə bağlılığına şübhə yeri qoymur. Bu baxımdan, dil şəxsiyyəti
nəzəriyyəsinin maraq dairəsinin neyrofizioloji proseslərlə bağlı dil-təfəkkür
reallıqlarına köklənməsi tam anlaşılandır. Məqalədə Azərbaycan və ingilisdilli
yazarların dil kimliyində sinestezial qavrayışın xüsusiyyətləri şərh edilir və
onların əsaslandırılmasında konkret nümunələrdən istifadə olunur.
AÇAR
SÖZLƏR
yazarın
dil kimliyi, sinesteziya, dildə qavrayış faktoru, dil mədəniyyətlərarası
konseptdə