İbtidai siniflərdə dil qaydalarının öyrədilməsində yeni təlim texnologiyalarından istifadə
Fəridə SəfərəliyevaDOI: https://doi.org/10.48445/c9770-3103-8913-h
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759 ǀ
Tarix: 30 May 2025
XÜLASƏ
Dilçiliyin ən zəngin və nisbətən mürəkkəb bölməsi qrammatikadır. Məlumdur ki, qrammatika sözlərin dəyişməsi və
onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Dilçiliyin bu sahəsi bizə
nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın şəkildə ifadə edə bilmək,
sözləri cümlələrdə işlətmək, bir-biri ilə əlaqələndirmək və bu kimi
qayda-qanunları öyrədir. Deməli, bu gün ibtidai sinif müəllimi şagirdlərə dil
qaydalarını səthi deyil, dərindən öyrətməli və verilən biliyi möhkəmləndirmək
üçün bir sıra metodlardan istifadə etməlidirlər. Məqalənin praktik əhəmiyyəti
dil qaydalarının öyrədilməsi zamanı fəal təlimdə problemli
vəziyyətin yaradılması, eyni zamanda tənqidi təfəkkürü, təhliletmə
və ümumiləşdirmə vərdişlərinin inkişaf etdirilməsi yollarını təhlilə cəlb etməkdir.
Müasir dərs prosesində müəllim uşaqlarda
yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən
problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verməlidir. Belə dərslər
şagirdlərdə müəyyən bacarıq və vərdişlər formalaşdırır. Məqalənin elmi
yeniliyi müasir Azərbaycan ədəbi dil normalarının (fonetik, orfoqrafik,
orfoepik, leksik, semantik, qrammatik, üslubi) ibtidai siniflərdə praktik yolla mənimsənilməsinin şagirdlərin kamil nitqə yiyələnməsini təmin
etməsidir.
AÇAR SÖZLƏR
dil qaydaları, ibtidai sinif, fəal-interaktiv təlim