TƏRƏFDAŞLAR


Məqalələr

İbtidai siniflərdə nitq hissələri əsasında qrammatik məfhumların yaradılmasının əsas istiqamətləri

Könül Məmmədova
DOI: https://doi.org/10.48445/c0465-1042-0831-l
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 30 May 2025

XÜLASƏ

Məqalədə ibtidai siniflərdə nitq hissələri əsasında qrammatik məfhumların yaradılmasının əsas istiqamətlərindən bəhs olunur. Nitq hissələri bir neçə il ərzində tədris olunaraq tədricən mənimsənilir. Qrammatik məfhumların möhkəm mənimsənilməsi üçün onu əvvəllər öyrənilmiş məfhumla müqayisə etmək lazımdır. Müxtəlif qrammatik kateqoriyaları bildirən sözlərin müqayisəsi xüsusilə faydalıdır. Şagirdlər Azərbaycan dili dərslərində tərif və qaydaları öyrənməklə bu qaydalara müvafiq nümunələr seçir, sözlərin məna və qrammatik təhlilini aparır və nəticə çıxarırlar. Bununla bərabər, üslubi xarakterli tapşırıqları yerinə yetirir, söz yaradıcılığı və eyniköklü sözlər seçmək üzrə iş aparır, müqayisəli sxemlər, cədvəllər çəkir, ifadə və inşa yazırlar. Bütün bunlar şagirdlərin düşüncə qabiliyyətini zənginləşdirməklə yanaşı, onların nitq bacarıqlarını da inkişaf etdirir.

 

 

AÇAR SÖZLƏR

nitq hissələri, qrammatik məfhumlar, tərif və qaydalar, dildə qrammatik hadisələr


Məqaləni yüklə

İNDEKSLƏMƏ