Poetik dil və hikmətli sözlər
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/i7714-5058-6966-k
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 30 May 2025
XÜLASƏ
Məqalədə Azərbaycan poetik
dilinin linqvistik xüsusiyyətlərindən bəhs olunur. Bu məqsədlə aforizmlər ön
plana çəkilir, müxtəlif dövrlərdə yaşayan şairlərin dilindən götürülmüş hikmətli
ifadələr araşdırılaraq atalar sözləri ilə müqayisə edilir. Məqalədə şairlərin qələminə
məxsus olan hikmətli fikirlər “müəllifli atalar sözləri” adlandırılır. Azərbaycan
poetik dilindən alınmış aforizmlər xalqın mədəniyyətini, əxlaqını, söz söyləmək
qabiliyyətini ifadə edən faktlar hesab edilir. Onlar bir tərəfdən də söz sənətkarlarının
düşüncə zənginliyinin məhsulu kimi dəyərləndirilir. Məqalədə irəli sürülən
elmi-nəzəri fikirlər dil materialları ilə əsaslandırılır.
AÇAR
SÖZLƏR
söz, dil, ifadə, aforizm, məna