Şərqi slavyan dillərində Azərbaycan türkcəsindən keçmiş sözlər
Minaxanım Nuriyeva TəkləliDOI: https://doi.org/10.48445/e7079-0995-1660-h
ORCID ID: https://orcid.org/0000-0002-4985-8134
Tarix: 30 May 2025
XÜLASƏ
Türk dillərinin mədəni, inzibati, hərbi, gündəlik və
dövlətçilik sahələri ilə bağlı zəngin leksikası Şərqi slavyan dillərində, xüsusən
də rus dilindəki türk elementlərinin zənginləşməsi üçün mühüm bir mənbə
olmuşdur. Nəticədə, türk dillərindən alınan sözlərin böyük əksəriyyəti rus
dilində əsas mövqe qazanmış və zəruri leksik vahidlərə çevrilmişdir. Həmin sözlər
silsiləsinə digər Qafqaz xalqlarından keçmə sözləri əlavə etməklə bu mənzərəni
daha da zənginləşdirə bilərik. Tədqiqat prosesində yaradıcılıq yolları
Qafqazdan, o cümlədən Azərbaycandan keçən və fəaliyyətləri Qafqaz ölkələri ilə
sıx bağlı olan Puşkin, Qriboyedov, Lermontov, Polejayev, Polonski,
Bestujev-Marlinski, Lev Tolstoy kimi yazıçıların əsərlərinin dili üzrə
apardığımız müşahidələr uğurlu nəticələr vermişdir. Onların xüsusən Qafqaz
mövzulu əsərlərində aşkar etdiyimiz Azərbaycan türkcəsinə məxsus yerli sözlər
Qafqaz xalqlarının həyatını, məişətini, insanlarını bütün xarakterik xüsusiyyətləri
ilə əks etdirir.
AÇAR
SÖZLƏR
Qafqaz, Azərbaycan türkcəsi, türk dilləri,
dil mübadiləsi