TƏRƏFDAŞLAR


Məqalələr

“Alp Ər Tonqa” dastanı elmi tədqiqatlarda

Aynur Səfərli
DOI: https://doi.org/10.48445/o2825-2550-6080-d
ORCID ID: https://orcid.org/0000-0002-0110-4659
Tarix: 07 İyun 2022


XÜLASƏ 

Türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün böyük əhəmiyyət kəsb edir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca bir qoludur. Türklər öz tarix və mədəniyyətlərinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləmiş xalqdır. Araşdırmada türklərin ilk əfsanəvi qəhrəmanı, ulu babası Alp Ər Tonqadan bəhs edən eyniadlı dastanın tədqiq tarixindən söhbət açılır. İlk türk və Turan hökmdarı olan Alp Ər Tonqa VII yüzillikdə İran-Turan müharibələrində ad qazanmışdır. Dastanı tədqiq edən alimlərdən X.Koroğlu, E.Əlibəyzadə, F.Ağasıoğlu, F.Sümər, İ.Artuk, V.Minorski və Q.Rabinotun təhlil nəticələri araşdırmaya cəlb edilmişdir. “Alp Ər Tonqa” dastanının tədqiqi məsələsində Mahmud Kaşğarinin “Divan”ı mühüm istinad mənbəyi olmuşdur. “Divan”da Alp Ər Tonqanın ölümünə həsr edilmiş çoxsaylı şeir nümunələri – ağılar yer almışdır. 


AÇAR SÖZLƏR 

dastançılıq, türk dastanları, türk xaqanı, Alp Ər Tonqa, Əfrasiyab 

Məqaləni yüklə

İNDEKSLƏMƏ