TƏRƏFDAŞLAR


Məqalələr

Mətn sintaksisi, yaxud sintaksisin mətni

İsmayıl Kazımov
DOI: https://doi.org/10.48445/q1380-5710-7697-y
ORCID ID: https://orcid.org/0000-0002-4470-8786
Tarix: 07 İyun 2022


XÜLASƏ 

Mətn dilçiliyinin problemləri çoxdur. Dil inkişaf etdikcə həmin problemlər də genişlənir. Bu mənada çox vacib məsələlərdən biri də mətn vahidlərini müəyyənləşdirməkdir. Biz mətni cümlədən fərqləndiririksə, o zaman ilk vahid də cümlədən yuxarı səviyyədə olmalıdır. Amma vahidlərin dəqiq sərhədləri hələ də təyin olunmamış, həmin məsələ mətn sintaksisi və sintaksisin mətnində həll edilməmişdir. Buna baxmayaraq, mətnin yuxarıdan aşağıya doğru tərkib hissələrinə ayrılması müəyyən həddə qədər müsbət nəticələr verir. Mətn nəzəriyyəsində bir neçə mühüm cəhətə ‒ mətnin məna tərəfinə ‒ əmələgəlmə prosesinə, dərk olunmasına, qavranılmasına; mühüm kommunikativ (ünsiyyət) vahidi olmasına; informativliyin təmin olunmasına diqqət yetirmək lazımdır. Bu üç mühüm şərt tədqiqat işlərində nəzərə alınmalıdır. İndi ümumtəhsil məktəblərinin Azərbaycan dili dərslərində biliklər mətn vasitəsilə öyrədilir. Belə ki, məktəbli mətnlə işləyir və bütün informasiyaları məhz oradan əldə edir.


AÇAR SÖZLƏR 

mətn sintaksisi, mətnin təşkili mexanizmi, MSB (mürəkkəb sintaktik bütöv), mətnqurucu  vasitələr, mətnin informativliyi  

Məqaləni yüklə

İNDEKSLƏMƏ