TƏRƏFDAŞLAR


Məqalələr

X sinif ədəbiyyat dərslərində Məhəmməd Füzulinin həyat və yaradıcılığının öyrənilməsi təcrübəsindən

Bilal Həsənli
DOI: https://doi.org/10.48445/t1784-6532-3061-s
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 07 İyun 2022


XÜLASƏ 

Dünya ədəbiyyatının korifeyləri sırasında layiqli yer tutan, üç dildə ‒ Azərbaycan türkcəsi, fars və ərəb dillərində irfani, həyati problemləri əks etdirən nadir poeziyası, hikmət xəzinəsi ilə lirik və epik əsərlər müəllifi olan Məhəmməd Füzulinin yaradıcılığının müasir ədəbiyyat dərslərində tədrisi şagirdlərin mənəvi-estetik tərbiyəsində mühüm rol oynayır. M.Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində öyrədilməsi ədəbiyyat müəllimindən yeni yanaşma, böyük məsuliyyət və yaradıcılıq tələb edir. Təcrübə göstərir ki, dahi şairin yaradıcılığında sufi simvolikası, əsərlərinin dilində ərəb-fars sözlərinin işlənilməsi ilə bağlı bir sıra çətinliklər qarşıya çıxmışdır. Bu cəhət dərsə hazırlıq dövründə nəzərə alınmalı, şagird qavramasında yaranan çətinliklər müxtəlif növ sual və tapşırıqlar, müzakirə və müəllimin şərhi vasitəsilə aradan qaldırılmalıdır. 


 AÇAR SÖZLƏR 

dərs, yaradıcılıq, metod, təhlil, müzakirə  

Məqaləni yüklə

İNDEKSLƏMƏ