TƏRƏFDAŞLAR


Məqalələr

Real tarixi şəxsiyyət Alp Ər Tonqa əfsanəvi Turan şahı Əfrasiyabdırmı?

Aynur Səfərli
DOI: doi.org/10.48445/g0295-9510-4292-c
ORCID ID: ORCID ID: https://orcid.org/0000-0002-01104659
Tarix: 20 Dekabr 2022

XÜLASƏ 

Ədəbiyyatşünaslığımızda bir sıra məsələlər vardır ki, onlar indiyədək dəqiq araşdırılmamışdır. Bu məsələlər haqqında söylənilən səthi mülahizə və təsəvvürlər yalnız stereotiplər halında bu günümüzədək gəlməkdə davam edir. Belə mülahizələrdən biri də əfsanəvi Turan şahı Əfrasiyabın real tarixi şəxsiyyət Alp Ər Tonqa (və ya Tona) ilə eyniləşdirilməsidir. Halbuki bu iki şəxsiyyətin yaşadığı dövrləri bir-birindən on iki-on üç əsrlik zaman kəsiyi ayırır. Karluqların X əsrdə yaratdığı Qaraxani dövlətinin xanları Alp Ər Tonqanı öz ulu əcdadı hesab edirdilər. Alp Ər Tonqa barədə məlumat verən Mahmud Kaşğarlı və Yusif Balasaqunlu da Qaraxani sarayı ilə birbaşa əlaqəsi olan müəlliflər idi. O zamana qədər Alp Ər Tonqanı öz ulu əcdadı hesab edən Qaraxani hakimləri “Əfrasiyab” adı ilə bağlı olan məlumatların daha geniş miqyasda – fars və ərəblər arasında da yayılmasını, eyni zamanda daha təmtəraqlı səslənməsini gördükdən sonra öz sülalələrini “Beytül-Əfrasiyab” (“Əfrasiyab evi”) adlandırmışlar.  


AÇAR SÖZLƏR 

türk dastanları, əfsanəvi  Turan şahı, Əfrasiyab, “Avesta” personajı, Alp  Ər Tonqa

Məqaləni yüklə

İNDEKSLƏMƏ