Arxaizmlərin semantikasında baş verən dəyişmələr
Rəvanə QasımovaDOI: doi.org/10.48445/q9909-3825-0683-v
ORCID ID: https://orcid.org/0000-0003-2684-4116
Tarix: 27 Aprel 2023
XÜLASƏ
İstənilən dövrün tarixi inkişaf mərhələsində sözlərin mənasında baş verən dəyişiklikləri fərqləndirmək üçün arxiv materiallarının və antik dövrün ədəbi-bədii abidələrinin leksik tərkibinə diqqət yetirmək lazım gəlir. Arxaik sözlər dilçilik nöqteyi-nəzərincə ən maraqlı lüğət vahidlərindəndir. Bu sözlər, həmçinin dilin lüğət tərkibinin ən qədim, alt təbəqəsini təşkil edir. Leksikonumuz üçün qiymətli nümunələr olan arxaizmlər dilin fonetik, qrammatik, eyni zamanda leksik xüsusiyyətlərini özündə birləşdirir. Məqalədə verilən nümunələr əsasında arxaizmlərdə məna daralmasına və genişlənməsinə diqqət çəkilir.
AÇAR SÖZLƏR
arxaizmlər,
semasiologiya,
sözün mənası, məna
genişlənməsi, məna
daralması