TƏRƏFDAŞLAR


Məqalələr

Nitq inkişafının sintaktik təlimində cümlə və onun tədrisinin rolu

Fidan Əhmədli
DOI: doi.org/10.48445/f6706-0887-5957-1
ORCID ID: https://orcid.org/0000-0002-5914-6026
Tarix: 27 Aprel 2023

XÜLASƏ

Cümlə ‒ sistem təşkil edən dilin ən mənalı vahidi kimi nitq inkişafında böyük rola malikdir. Onun həm qrammatik, həm də ritorik potensial imkanları olduqca genişdir. Dilin özü kimi onun kommunikativ ifadə vasitəsi olan cümlə də birbaşa təfəkkürlə bağlıdır. Nitqin (dilin) əsas vahidi olan cümlə, təfəkkürdən süzülüb gələn fikrin paradiqmasıdır. Təfəkkür nitqin “istehsal” olunduğu mühərrikdir. Çünki insan düşünərkən də söz və cümlələrdən istifadə edir. Bu səbəbdən nitqin tipi sayılan daxili nitqə “düşüncə nitqi” və ya “fikirləşmə dili” də deyilir. Cümlə təfəkkürdən doğan anlayışların zahiri strukturudur. Təfəkkürdə əvvəl anlayış, daha sonra bu anlayışın həcminə və strukturuna müvafiq leksik vahid (söz) yaranır, nəticədə ifadə və cümlə əsasında məfhumun işarələnmə prosesi baş verir.

AÇAR SÖZLƏR

kommunikativ ifadə, funksional vəzifə, semantik cəhət, predikativlik, sintaktik təlim

Məqaləni yüklə

İNDEKSLƏMƏ