TƏRƏFDAŞLAR


Xəbərlər

Redaksiyada müəlliflərlə görüş keçirilib.

2022-ci il 18 fevral tarixində “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasında jurnalla fəal əməkdaşlıq edən bir sıra müəlliflərlə görüş keçirilib. Görüşdə fil.e.d. prof. İsmayıl Kazımov, ped.ü.f.d. dosent Bilal Həsənli, fil.ü.f.d. Sevinc Əliyeva və BDU-nun doktorantı, eyni zamanda DİN Polis Akademiyasının əməkdaşı Aynur Səfərli iştirak etmişlər. Baş redaktor Sehran Səfərov müəlliflərə jurnalın tarixindən, onun fəaliyyət illərindən, jurnala rəhbərlik etmiş redaktorların xidmətlərindən və jurnalla əməkdaşlıq edən tanınmış dilçi-alimlərdən söhbət açdı. Redaksiyanın yaradıcı heyəti son bir il ərzində “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının əldə etdiyi nailiyyətlər və jurnalda tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verdilər. Görüşdə iştirak edən müəlliflər jurnalın inkişafı, onun daha geniş kütlə arasında tanınması, oxucu sayının artması kimi məsələlər, həmçinin bir sıra maraqlı təkliflər barədə öz fikir və düşüncələrini redaksiya əməkdaşları ilə bölüşdülər. Tədbirin sonunda baş redaktor Sehran Səfərov dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün müəlliflərə öz minnətdarlığını bildirdi, onları jurnalla fəal və səmərəli əməkdaşlığa görə təltif etdi. 

01-04-2022

İNDEKSLƏMƏ